Xəbər lenti

Mask Tesla işçilərinə məktub yazdı: Ya ofisə qayıdın, ya da işdən çıxın
Dünya 15:15 02.06.2022

Mask Tesla işçilərinə məktub yazdı: Ya ofisə qayıdın, ya da işdən çıxın

Tesla-da hər kəsdən həftədə minimum 40 saat ofisdə vaxt keçirməsi tələb olunur.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə İlon Mask işçilərinə yazılı müraciətində deyib

Dünyanın ən varlı adamını işçilərinin evdən işləməsi bezdirib.

Tesla Baş İcraçı Direktoru İlon Mask çərşənbə axşamı öz elektrikli avtomobil şirkətinin bütün işçilərinə email göndərərək, idarə heyətinə ofisdə olma zərurəti ilə bağlı yazdığı məktub barəsində danışıb.

"Tesla-da hər kəsdən həftədə minimum 40 saat ofisdə vaxt keçirməsi tələb olunur. Üstəlik, ofis hansısa uzaq psevdo ofis deyil, həqiqi həmkarlarınızın yerləşdiyi yer olmalıdır. Əgər gəlməsəniz, istefa verdiyinizi güman edəcəyik”, -  deyə Mask emailində yazıb.

Bloomberg Tesla işçilərinin qeyd olunan məktubu aldıqlarını təsdiqləyib.

"Nə qədər yüksək vəzifədəsinizsə, varlığınız bir o qədər çox görünməlidir. Mən ona görə fabrikdə o qədər yaşadım ki, ön cərgədə olanlar mənim onlarla birlikdə işlədiyimi görsünlər. Əgər mən bunu etməsəydim, Tesla çoxdan müflis olardı”,- deyə o bildirib. 

Daha əvvəl Mask icraçı heyətə mail göndərərək onlardan iş vəzifələri ilə əlaqəli olmayan uzaq filialda deyil, əsas Tesla ofisində olmalarını tələb edib.

Son həftələrdə Mask Tesla Çin işçilərini tərifləyərək, amerikalıların ümumiyyətlə işə getməməyə çalışdıqlarını deyib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->