Texnologiya 15:37 08.11.2018

Mask "Tesla"dan getdi

Amerikalı mühəndis İlon Mask "Tesla" şirkətinin rəhbərliyindən gedib.

Qaynarinfo xəbər verir ki, Maskı bu vəzifədə Avstraliyanın telekommunikasiya şirkəti "Telstra"nın maliyyə və strategiya mütəxəssisi Robin Denholm əvəzləyəcək.
 


Qeyd edək ki, addıma səbəb İlon Maskın qalmaqallara səbəb olan sosial media açıqlamaları göstərilir. Son olaraq Mask "Tesla"nı alaraq birjadan geri çəkəcəyini açıqlamışdı. Bu fikirlər "Tesla" rəhbəri haqqında istintaq prosesinin başlanmasına səbəb olmuşdu. Proses şirkət və Maskın 120 milyon dollar ödəməsi və mühəndisin 3 illik "Tesla" rəhbərliyindən getməsi şərti ilə yekunlaşıb.

Gülşən