Dünya 14:04 12.06.2018

Mebel nəhəngindən tarixi qərar: plastikdən imtina edir

İsveçin mebel nəhəngi IKEA tarixi qərara imza atıb.

Qaynarinfo xəbər verir ki, şirkət 2020-ci ildən etibarən tək istifadə üçün nəzərdə tutulan plastik məhsullarını ticarət mərkəzləri və restoranlarından yığışdıracaq. Bu məhsullar arasında plastik qab, çəngəl, qaşıq, bıçaq, zibil paketi və s. var. Növbəti 2 il ərzində şirkət təbiətdə asanlıqla parçalana bilən materiallardan məhsullar hazırlamağı planlaşdırır. 

IKEA həmçinin bərpa olunan enerji üçün yatırım edib. 1,7 milyard dollar vəsait ayıran şirkət 416 külək turbini inşa edəcək. 

Gülşən