Ölkə 14:45 04.05.2013

Məcburi köçkünlərin yataqxanası yandı

Yanğın nəticəsində zəhərlənlər olub.

Bu gün səhər saatlarında Bakının Qaradağ rayon Sahil qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı 12 saylı yataqxanada yanğın olub. Bu barədə Anspress-ə yataqxanada məskunlaşan məcburi köçkünlər məlumat veriblər. Onların sözlərinə görə, yanğın saat 05:30 radələrində baş verib. Binanın birinci blokundakı elektrik şitində qısaqapanma olub. Nəticədə yanğın baş verib.

“Yanğın baş verəndə, sakinlər təşviş içində çıxdılar. Yanğınsöndürənlər çağırıldı. Lakin onlar gec gəldiyinə görə, sakinlər özləri yanğını söndürdülər. Tüstüdən 2 nəfər zəhərlənib. Yanğınsöndürənlər çatanda, artıq yanğın söndürülmüşdı”, - deyə bina sakini Mehdi Rüstəmov bildirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, yanğın barədə onlara informasiya daxil olan kimi hadisə yerinə 2 maşın yollanıb. Lakin ərazidə yanğın olmayıb. Sadəcə qısaqapanma baş verib.

Qaynar.info