Dünya 11:50 18.01.2020

Meksikada yük maşınında 10 musiqiçinin yandırılmış cəsədi tapıldı

Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində ən az 10 nəfərin yanmış meyiti tapılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bölgə prokurorluğunun yaydığı məlumata görə, cinayət qurbanları yerli "Sensational" musiqi qrupunun üzvləridir.

Faktla bağlı istintaq başladılıb. İlkin məlumatlara görə musiqiçilər konsert proqramından sonra Tlayelpan kəndindən qayıdarkən öldürülüblər. Qətlin təfərrüatları açıqlanmayıb.