Dünya 16:40 10.10.2018

Melaniya etiraf etdi: "Tweet" yazmasın deyə Donald Trampın telefonunu gizlətmişəm

ABŞ-ın "first lady"si Melaniya Tramp Donald Trampın telefonunu gizlətməsi barədə xəbərləri təsdiq edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Melaniya Tramp uşaqlar üçün təşkil edən "Be Best" kampaniyası üçün Afrikaya səyahət zamanı "Twitter" sosial şəbəkəsindən çox istifadə edən prezidentin telefonunu gizlədib. O, açıqlamasında həmçinin bildirib:
"Həyat yoldaşımın fikirləri ilə həmişə razı deyiləm və bunu ona söyləyirəm. Ona ən səmimi düşüncələrimi və tövsiyyələrimi deyirəm. Bəzən mənə qulaq asır, bəzən isə yox. Mənim öz şəxsi fikirlərim var və nə hiss etdiyim mənim üçün çox əhəmiyyətlidir".

Gülşən