Siyasət 10:34 06.12.2017

Məmmədyarovla Nalbandyan bu gün görüşür

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.
 
Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-ın xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.