Xəbər lenti

Mərakeş millisinin üzvündən nümunəvi addım
İdman 20:07 12.12.2022

Mərakeş millisinin üzvündən nümunəvi addım

DÇ-2022-də yarımfinala yüksələn ilk Afrika komandası olan Mərakeşdə bu uğurun memarlarından olan Hakim Ziyeç nümunəvi addım atıb.

Qaynarinfo xəbər verir ki, o, qələbə mükafatını yoxsullara bağışlayıb. "Çelsi"nin futbolçusu Federasiya tərəfindən veriləcək bonusu almayacağını açıqlayıb. Niderlandda doğulan futbolçunun 2015-ci ildən bəri Mərakeş millisindən heç bir pul almadığı və əldə edilən bonuslarını xeyriyyə işlərinə sərf etdiyi bildirilir. Dünya çempionatının yarımfinalına yüksələn milli Mərakeş Futbol Federasiyası tərəfindən külli miqdarda mükafata layiq görüləcək. Ziyeç ona ödəniləcək pulun Mərakeşdəki yoxsul insanlara bağışlanmasını istəyir.

Hollandiyanın şimalındakı Dronten qəsəbəsində mühacir ailəsində anadan olan Ziyeç 2007-ci ildə Niderland Erediviziyası təmsilçilərindən "Heerenveen"in aşağı yaş qruplarından ibarət, 2012-ci ildə isə əsas komandasına keçib. İki il sonra isə "Tvente"yə transfer olunan futbolçu 2016-cı ildə Niderlandın köklü klublarından olan "Ajaks"a gedib. Amsterdam təmsilçisinin heyətində  meydana çıxdığı 112 matçda 38 qol vuran futbolçu 2020-ci ildə 40 milyon avro qarşılığında "Çelsi"yə qoşulub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->