Ölkə 16:04 22.07.2019

Mərkəzi küçədə qəza: tıxac yarandı (FOTO)

Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Abdülvahab Salamzadə küçəsində qeydə alınıb. Üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan "Lada" markalı avtomobil öndə olan 90-VM-129 dövlət nömrəli "Hyundai" markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən adıçəkilən ərazidə tıxac yaranıb.