Foto 17:21 28.05.2018

Məşhur model estetik qurbanı oldu: tanınmaz hala düşdü (FOTOLAR)

İngiltərəli model və müğənni Keyti Praysın son vəziyyəti pərəstişkarlarını təəccübləndirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1990-cı illərdə məşhurlaşmağa başlayan Prays ilk əməliyyatını 18 yaşında etdirib. Yeni sevgilisi ilə Belçikada tətildə olan və 40 yaşını qeyd edən Keytinin görüntüsü hamının təəccübünə, onun haqqında "Həddindən artıq estetik əməliyyat keçirməyin nəticəsi" fikirlərinin deyilməsinə səbəb olub. 

Qeyd edək ki, Keyti Prays 2 il əvvəl iştirak etdiyi proqramda "Estetik əməliyyatlar məni yenidən yaradıb" deyərək makiyajını silmişdi.

Gülşən