Dünya 11:51 18.06.2018

Məşhur jurnalist velosipeddən yıxılaraq öldü

ABŞ-da 20 ildir "Chicago Tonight" verilişində aparıcılıq edən jurnalist Elizabet Braket dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, "Emmy" mükafatına sahib çıxmış 76 yaşlı jurnalist velosipeddən yıxılaraq onurğa sümüyünü qırmışdı. Xəstəxanada müalicə prosesinə start verilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Elizabet Braket 2009-cu ildə öz yaş qrupu üzrə Dünya Triatlon Çempionu statusunu qazanmışdı. Bu idman növündə iştirakçılar üzgüçülük, velosiped və qaçış üzrə yarışırlar.

Gülşən