Video 15:15 13.12.2017

Məşhur pop ulduzu klipindəki açıq-saçıq səhnələrə görə həbs edildi (VİDEO)

Misirin 21 yaşlı pop ulduzu Şayma həbs olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qahirə məhkəməsinin hökmü ilə müğənni barəsində 2 il müddətinə həbs qərarı çıxarılıb və 10 min funt-sterlinq (təxminən 22,6 min manat) məbləğində cərimə edilib.

Buna səbəb Şaymanın "I have issues" mahnısına çəkdirdiyi klipində açıq-saçıq səhnələrin yer alması, müğənninin uyğunsuz geyimi və cəmiyyətdə əxlaqsızlığın aşılanması olub.

Şeyma ilə birgə klipin rejissoru Məhəmməd Camal da eyni cəzanı alıb.

Klipin təqdimatı Misirdə böyük etiraz doğurmuş və mediada kəskin şəkildə tənqid olunmuşdu. Bu səbəbdən Şayma sosial şəbəkə hesabında klipdəki açıq-saçıq səhnələrə görə üzr istəmiş və bu qədər etiraza səbəb olacağını düşünmədiyini bildirmişdi.

Qeyd edək ki, bu, Misirdə ilk belə hadisə deyil. Əbdül Fəttah əs-Sisinin 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra bir neçə müğənni bu tip səbəblərə görə həbs edilib.