Dünya 13:14 09.12.2018

Məşhur rus fəal vəfat etdi

Rusiyalı məşhur tarixçi, insan haqları uğrunda mübarizə aparan fəal Lyudmila Alekseyeva 91 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın insan haqları üzrə şuranın sədri Mixail Fedotov məlumat verib. 

Qeyd edək ki, Alekseyeva fəaliyyətlərinə görə 1968-ci ildə Kommunist Partiyasından qovulub və işini itirib. O, 1976-cı ildə Moskva Helsinki Qrupu təsis edib və təşkilatın üzvləri 1 il ərzində həbs edilib. Lyudmila Alekseyeva 1977-ci ildə ABŞ-a köçüb və 1993-cü ildə ölkəsinə qayıdıb.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!