İdman 22:57 12.06.2018

Məşhur türk şirkəti Azərbaycanda: "Neftçi"nin sponsoru olacaq

Məşhur türk şirkəti "Neftçi"in sponsoru olacaq.

Fanat.az-ın əldə etdiyi məlumata görə, "Türk Hava Yolları" (THY) Bakı klubu ilə müqavilə imzalayacaq.

Sayt xəbəri dəqiqləşdirmək üçün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb. Klub rəsmisi açıqlamasında məlumatı təsdiqləyib: 



"Türk Hava Yolları" ilə müqavilə imzalanacağı düzdü. Türk şirkəti titul sponsoru olmayacaq. Amma məşq formalarımızda və stadionumuzda rekklamları olacaq. Başqa detallar da var ki, indi bunlarla bağlı məlumat vermək istəmirik. İyulun əvvəllərində böyük təqdimat mərasimi olacaq və orda mətbuata geniş məlumat veriləcək".

Qeyd edək ki, "Türk Hava Yolları" dünyanın ən böyük hava yolu şirkətlərindən biridi. Şirkət 20 may 1933-cü ildə qurulub. İllik xalis gəliri 65-70 milyon sərnişin daşıyan şirkətin 50 mindən artıq işçisi var. 

Hava yolu şirkətinin illik xalis gəliri 3-3,5 milyard dollardır. "Azərbaycan Hava Yolları" (AZAL) ilə də ortaq uçuşları olan türk şirkəti Türkiyə millisi, qardaş ölkənin "Qalatasaray", "Beşiktaş", "Trabzonspor", "Bursaspor", İspaniyanın "Barselona", Bosniya və Hersoqovinanın "Sarayevo", ABŞ-ın "İndi Eleven", həmçinin bir neçə qolf, basketbol, bu hokkeyi, at yarışları, üzgüçülük, Amerikan futbolu, reqbi, velosiped yığma və klubları ilə sponsorluq müqaviləsi var.