Dünya 11:07 10.01.2013

“Messenger” bağlanır!

Bütün “Messenger” istifadəçiləri avtomatik olaraq “Skype”-a köçürüləcək.

“Microsoft” 100 milondan çox “Messenger” istifadəçisinə kütləvi şəkildə elektron məktub göndərərək, xidmətin martın 15-də rəsmi şəkildə fəaliyyətini dayandıracağını xəbər verib.

“The Next Web”in verdiyi xəbərə görə, həmin tarixdən sonra bütün “Messenger” istifadəçiləri avtomatik olaraq “Skype”-a köçürüləcək.

“MSN” ancaq Çində fəaliyyətinə davam edəcək. Qeyd edək ki, “Microsoft” 2011-ci ilin mayında “Skype”-ı 8.5 milyard dollara satın almışdı.