İdman 14:26 22.05.2013

Messi: "Dünyanın ən yaxşı futbolçusu olmaq vecimə deyil"

Lionel Messi "Barselona"nın uzun müddətdir transfer etmək istədiyi braziliyalı futbolçu Neymarla bağlı açıqlama verib.

İdman24.az-ın məlumatına görə, Messi bu transferin həyata keçəcəyi təqdirdə Qvardiolanın rəhbərlik edəcəyi "Bavariya"ya yaxşı zərbə olacağını deyib: "Neymar kluba böyük töhfələri olacaq bir futbolçudur. "Santos"dan ayrıldığını bilmirəm, amma "Barselona"ya gəlsə yaxşı olar. " 

Dünya Kubokunu qazanmağı çox istədiyini söyləyən Messi, "Dünyanın ən yaxşı futbolçusu olmaq vecimə deyil. Ancaq 2014-cü il Dünya Kubokunu qazanmaq istəyirəm". 

İdman24.az