Ölkə 11:51 29.04.2013

Metro qaranlığa qərq oldu

Hadisə nəticəsində sərnişinlər təşvişə düşdü.

Bu gün saat 11:35 radələrində Bakı Metropoliteni sərnişinləri təşvişə salıb. Anspress-in verdiyi məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında elektrik enerjisi kəsilib. Nəticədə sərnişinlər təşvişə düşüb. 

İşıqlar təxminən 5 dəqiqə yanmayıb. Sonradan elektrik enerjisi verilsə də, eskalatorlar işləməyib. Sərnişinlər isə həyəcan və təşviş içərisində eskalatorları piyada qalxıblar.

Qaynar.info