Ekonomiks 18:32 20.05.2018

Metrodan istifadə edənlərin sayı açıqlandı

2018-ci ilin yanvar-aprel aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq 77,8 milyon nəfərə çatıb.