İdman 17:54 12.12.2018

Milli komandamızın rəqibləri bəlli oldu

Futzal üzrə "DÇ-2020"nin Avropa zonası üzrə ilkin və əsas seçmə mərhələlərinin püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan tədbirdə rekord sayda 48 komanda iştirak edib. Onlardan 32-si ilkin raundda mübarizə aparacaq. Bu yığmalar hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.

İlkin mərhələnin matçları gələn il yanvarın 29-dan fevralın 3-dək keçiriləcək. Hər qrupda ilk 2 yerin sahibi əsas raunda yüksələcək.

İlkin mərhələ

A: Latviya*, İngiltərə, Kipr, Cəbəllütariq
B: Belarus*, Norveç, Kosovo, Andorra
C: Makedoniya*, Albaniya, Yunanıstan, San-Marino
D: Gürcüstan*, Danimarka, Almaniya, İsrail
E: Belçika, İsveç*, Ermənistan, Malta
F: Bosniya və Herseqovina*, Türkiyə, İsveçrə, Şotlandiya
G: Hollandiya, Monteneqro, Bolqarıstan*, Estoniya
H: Finlandiya, Moldova*, Uels, Şimali İrlandiya

* - meydan sahiblərini göstərir.

Ən yüksək reytinqə malik 16 komanda, o cümlədən Azərbaycan millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu raundda da 32 komanda 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yığmamız 3-cü qrupda yer alıb. Komandamız Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

H qrupunda Finlandiya, meydan sahibi Moldova, Uels və Şimali İrlandiya qüvvəsini sınayacaq. G qrupunda Hollandiya, Monteneqro, Estoniya və meydan sahibi Bolqarıstan yer alıb.

Əsas mərhələ

1-ci qrup: İspaniya, Polşa*, D-1, H-2
2-ci qrup: Ukrayna*, Sloveniya, C-1, B-2
3-cü qrup: Azərbaycan*, Slovakya, H-1, G-2
4-cü qrup: İtaliya*, Macarıstan, B-1, A-2
5-ci qrup: Qazaxıstan, Ruminiya*, G-1, C-2
6-cı qrup: Serbiya, Fransa*, E-1, F-2
7-ci qrup: Rusiya, Xorvatiya*, F-1, E-2
8-ci qrup: Portuqaliya*, Çexiya, A-1, D-2

* - meydan sahiblərini göstərir.

2019-cu il oktyabrın 22-dən 27-dək keçiriləcək əsas mərhələdə millimizin qrupunun oyunları Bakıda keçiriləcək. Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi Litvada keçiriləcək.