İdman 09:48 19.11.2018

Millimizi Kosovada cəmi bir azarkeş qarşıladı (VİDEO)

UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 4 saatlıq uçuşdan sonra dünən gecə Kosovaya enib.

Futbol üzrə Azərbaycan milli komandasını Adem Yaşari adına hava limanında cəmi bir azərbaycanlı azarkeş qarşılayıb. O, "Azərbaycan-Azərbaycan" qışqıraraq millinin oyunçuları ilə görüşüb.