Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, hazırda Bosniya və Herseqovina millisini çalışdıran 49 yaşlı mütəxəssis noyabrın 22-dən 23-nə keçən gecə travmatologiya və ortopediya klinikasına aparılıb. Məlum olub ki, Prosineçki qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdı.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına başçılıq edib.
Şərhlər