Riçard Almeyda "Astana"da ilk qolunu vurub.
Qaynarinfo xəbər verir ki, millimiz üzvü Qazaxıstan Premyer Liqasının XXVI turda "Akjayık"la oyunda fərqlənib.
Futbolçumuz 2:1 hesabı ilə qalib gəldikləri matçın 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Almeyda fasilədə vəzələnib.
Qeyd edək ki, bu Riçardın Qazaxıstan Premyer Liqasında keçirdiyi 5-i matç olub. O, Çempionlar Liqası və Avropa Liqasında da 6 oyuna çıxıb.
Onu da qeyd edək ki, "Astana" 26 turdan sonra 61 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Şərhlər