Ekonomiks 18:51 23.08.2019

Milyarder Deyvid Kox vəfat etdi

Yəhudi əsilli amerikalı milyarder Deyvid Kox 79 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun qardaşı Çarlz Kox məlumat verib. D.Koxun ölümünə prostat xərçəngi səbəb olub.

Qeyd edək ki, Deyvid Kox "Kox" Şirkətlər Qrupunun baş icraçı direktoru idi.

Gülşən