Milyonlarla dəyəri olan əsər hərrac zamanı parça-parça oldu (VİDEO)
Dünyaca məşhur küçə rəssamı Benskinin (Rəssamın təxəllüsüdür. Əsl adı bilinmir - red.) milyonlarla dəyəri olan "Şarlı qız" rəsm əsəri parça-parça olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərənin paytaxtı Londonda "Sotheby`s" hərrac evində keçirilən hərrac zamanı baş verib.
Hərracda əsər 1 milyon fund-sterlinqə (təxminən 2 milyon 215 min manat) kolleksiyçılardan birinə satılıb. Lakin satış rəsmən gerçəkləşdirildiyi ərəfədə çərçivədən qəribə səslər gəlməyə başlayıb və qısa müddət sonra əsər parçalara bölünərək aşağı sürüşüb.
Hərrac evindən verilən açıqlamada hadisənin baş vermə səbəbinin araşdırıldığı bildirilib:
"Biz də çox təəccübləndik. Belə çıxır ki, Benski bizlə zarafat etdi və belə olmasını istədi. Hazırda bu satışı necə gerçəkləşdirəcəyimizi düşünürük. Qeyd edək ki, daha öncə belə hadisə baş verməyib".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər