Dünya 18:18 12.06.2018

Min illik ağaclar məhv olur: səbəbi bilimir

Afrikada yaşları 1100-2500 arası olar baobab ağacları məhv olur.

Qaynarinfo xəbər verir ki, son 12 ildə qitənin ən qədim 13 ağacından 9-u ya tamamilə, ya da böyük bir hissəsi məhv olub. Rumıniyanın "Babeş-Balyai" Universitetinin tədqiqatçıları ağacların məhv olma səbəbi kimi iqlim dəyişikliyini göstərib. Lakin bu barədə dəqiq səbəb hələ müəyyənləşdirilməyib. 

Baobab ağaclarının məhv olduğu ölkələr arasında Zimbabve, Cənubi Afrika Respublikası, Zambiya, Botsvana var. Zimbabvenin 2500 yaşa sahib ən qədim baobab ağacı 2011-ci ildə məhv olub.

Qeyd edək ki, bu ağaclar 3 min ilə qədər yaşaya bilər.

Gülşən