Xəbər lenti

Mirmahmud Mirəlioğlu deputat olmaq istəmir, amma...
Siyasət 15:59 14.05.2024

Mirmahmud Mirəlioğlu deputat olmaq istəmir, amma...

Son günlər növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdədir. Konstitusiyaya görə, parlament seçkiləri 5 ildən bir noyabr ayının ilk ongünlüyündə keçirilməlidir. Bu ilin noyabrında ölkəmizdə COP29-la bağlı vacib tədbirlər keçiriləcək ki, bu da parlament seçkiləri ilə eyni vaxta təsadüf edir. Bu səbəbdən parlament seçkilərinin vaxtının önə çəkiləcəyi, avqust-sentyabrda olacağı ilə bağlı fikirlər səslənir. 

Sözsüz ki, yeni seçkilər parlamentin tərkibi ilə bağlı da məsələləri aktuallaşdırıb. Artıq bir sıra partiya sədrləri seçkilərdə iştirak edəcəklərini indidən açıqlayıblar.

Məsələ ilə bağlı Yenisabah.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu danışıb. O, sədri olduğu partiyanın seçkidə iştirak edəcəyini açıqlayıb:

"Partiyamız seçkilərdə iştirak edəcək. Namizədlərimiz müəyyənləşməkdədir. Özümün seçkilərdə iştirak etmək məsələm isə birbaşa partiyadan asılıdır. Seçkilərdə iştirak üçün öz niyyətim yoxdur, amma partiyanın nə tələbi və qərarı olacaqsa, onunla da razılaşacağam". 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->