İdman 11:03 25.06.2018

Misir yığmasından açıqlama: Salah bu gün oynayacaq?

Məhəmməd Salah Misir yığmasını tərk etməyəcək. Ulduz futbolçu bu gün Səadiyyə Ərəbistanı ilə dünya çempionatı oyununda iştiak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə RT telekanalına komandanın informasiya şöbəsinin sədri Usama İsmayıl məlumat verib.

O, bildirib ki, Salah adi rejimdə məşq edir və komandadan getməsi ilə bağlı heç bir açıqlama verməyib: "Belə bir şey yoxdur. Salah təlim bazasındadır və öz komanda yoldaşları ilə məşq edir. O, bütün oyunlarda iştirak edib və bununla bağlı heç bir açıqlama verməyib. Bilmirəm ki, CNN bu informasiyanı haradan əldə edib".

Qeyd edək ki, Salahın Misir Futol Federasiyasının rəhbərliyi ilə mübahisə etməsi və yığmanı tərk edəcəyi ilə bağlı məlumatı CNN yaymışdı.