Dünya 17:07 25.06.2019

Misirdə 8 müxalif həbs olundu

Misirdə 8 müxalif şəxs həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadiyyat nazirliyi məlumat yayıb. 19 ticarət şirkətinə təşkil edilən əməliyyat nəticəsində Müsəlman Qardaşları Təşkilatının, həmçinin sol yönümlü qrupun üzvləri həbs edilib. 

DİN-in məlumatına görə, Misir Sosial Demokrat Partiyasının idarə heyətinin üzvü Ziyad Əl Uleymi, 2014-cü il prezident seçkilərində namizəd olan sosialist lider Həmdin Sabahinin seçki kampaniyasının rəsmi sözçüsü Hüsam Munis, solçu jurnalist Hişam Fuad, sol qrupun digər üzcü Həsən Bərbəri, müxalif İstiqlal Partiyasının idarə heyətinin üzvü Usame Əbdülal, Müsəlman Qardaşları Təşkilatının üzvü biznesmen Mustafa Əbdülmuiz və iqtisadiyyatçı Ömər Əl Şiniti, həmçinin siyasi istiqaməti barədə məlumat verilməyən Əhməd Qənnan adlı şəxs saxlanılıb.

Saxlanılanlar Misir iqtisadiyyatına zərər verməkdə ittiham edilir.

Gülşən