Dünya 16:23 12.08.2017

Misirdə dəhşətli qatar qəzası: 49 nəfər həlak oldu (FOTOLAR)

Misirin İsgəndəriyyə şəhərində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Misir Səhiyyə Nazirliyi Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatarın İsgəndəriyyə-Port Səid istiqamətindəki qatarla toqquşduğunu açıqlayıb. Arxa-arxaya gələn qatarlar toqquşub və bəzi vaqonlar reysdən çıxıb. Hadisə nəticəsində ölənlərin sayının artacağı gözlənilir.

Misir höküməti qəzanın araşdırıldığını deyir.

Gülşən

Qaynarinfo.Az