Misir polisi “Müsəlman qardaşlar”ın ən fəal üzvü, hərəkatın rəsmi nümayəndəsi Cihad əl-Həddadı həbs edib.
APA-nın verdiyi xəbərə görə, Qahirənin şərqindəki mənzillərin birində gizlənən əl-Həddadla birlikdə Kəlübiyyə əyalətinin qubernatoru da daxil olmaqla hərəkatın digər 3 yüksək vəzifəli nümayəndəsi saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl Misirdə “Müsəlman qardaşlar”ın dini lideri Məhəmməd Badia, onun 2 müavini və hərəkatın onlarla yüksək vəzifəli nümayəndəsi həbs olunmuşdu.
Qaynar.info
Şərhlər