Foto 17:04 17.06.2018

Monika Belluççi 53 yaşında podiuma çıxdı: göz qamaşdırdı (FOTOLAR)

İtaliyan ulduz Monika Belluççi 53 yaşında yenidən podiuma çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Milan Moda Həftəsi çərçivəsində "Dolce&Gabbana”nın 2019-cu il qış kişi geyimləri seriyasının təqdimatında iştirak edib.

48 yaşlı model Naomi Kempbellə birgə tədbiri aparan M.Belluççi tamaşaçıların rəğbətini qazanıb.
 
Məşhur stilist Stefano Qabbana ulduz sənətçinin dəvəti qəbul edib gəlməsindən məmnunluq duyduğunu dilə gətirib: "Monika Belluççi sonuncu dəfə bizim moda evimiz üçün 1992-ci ildə podiuma çıxmışdı. Ondan xahiş etdik və sevə-sevə qəbul etdi. Çox xoşbəxtik", - deyə o, bildirib.

Aktrisa isə podium üçün darıxdığını və kişi geyimlərini təqdim etməkdən böyük zövq aldığını söyləyib.
 
Çingiz Səfərli