Foto 19:00 04.07.2018

Monqolustanda 3 yeni dinozavr növü aşkarlandı (FOTOLAR)

Monqolustanın Qobi səhrasında 3 yeni dinozavr növü aşkar edilib.

Qaynarinfo xəbər verir ki, Monqolustan Paleontologiya və Geologiya İnstitutu və Hon Konq Kəşfiyyat Klubu 20 günlük tədqiqat nəticəsində yeni 3 növün, 250-dən çox qalıq sahəsinin, daha əvvəl dinozavrların  yaşamadığı düşünülən 5 yerdə yüzlərlə dinozavr qalığının tapıldığını açıqlayıb. Dinozavrların bəzilərinin "Cretaceous" dövründə yaşamış "Velociraptor" soyuna, 70 milyon il əvvəl Asiyada yaşamış "Tyrannosaurid theropod" cinsinə aid "Tarbosaurus" dinozavrına aid qalıqlar olduğu təxmin edilir.
 
Hon Konq Kəşfiyyat Klubundan Matt Desantis qalıqların "T-Rex" dinozavrına yaxın olduğunu deyib. Monqolustan Elmlər Akademiyasının paleolontoqu Çinzorij Tsogtbaatar qalıqlar barədə "Bu, ət yeyən dişi və ən böyük Tarbosaurusdur" fikrini səsləndirib.

Gülşən