Dünya 15:06 03.07.2018

Moskvada bomba həyəcanı: İnsanlar təxliyə edildi

Dünya çempionatanın keçirildiyi Moskvada Kreml meydanı yaxınlığında şübhəli bir çanta olması ilə bağlı polisə məlumat daxil olub.

Qaynarinfo Reuters-ə istinadə xəbər verir ki, şikayətin ardından polis sözügedən ərazini nəzarətə götürüb. İnsanlar təxliyə edilib. 
 
Polis itlərinin köməkliyi ilə çantaya baxış keçirilib. Heç bir təhlükə olmadığı aşkarlandıqdan sonra barrikadalar götürülüb.