Xəbər lenti

Dünya 20:42 11.11.2018

Moskvada bomba təhlükəsi: vağzallar boşaldıldı

Moskvada insanlar dəmir yolu vağzallarından təxliyə olunub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, buna səbəb anonim bomba xəbərdarlığı olub. 

Naməlum şəxs zəng edərək bildirib ki, paytaxtın Kiyev vağzalında partlayıcı qurğu quraşdırılıb. Bundan sonra vağzaldan minədək insan təxliyə olunub. 

Ardınca Belarus vağzalına bomba qoyulduğu bildirilib və təxliyə işlərinə başlanılıb. 

Hələlik bomba xəbərdarlığının doğru olub-olmadığı məlum deyil.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->