Rusiyanın paytaxtı Moskva kənarında qəzaya uğrayan "An-148" sərnişin təyyarəsinin qəza anı ətrafda yerləşən evlərdən birinin kamerasına düşüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Youtube"a yerləşdirilmiş videoda təyyarənin yerlə toqquşma anı və partlayışın baş verməsi görünür.
Qeyd edək ki, havalanandan bir neçə dəqiqə sonra baş vermiş qəzaya səbəb əlverişsiz hava şəraitini, texniki nasazlıq göstərilir. Qəza zamanı təyyarədəki 65 sərnişin və 6 ekipaj üzvü ölüb. Ölənlər arasında Azərbaycan əsilli Namiq Qəhrəmanov da olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər