Dünya 14:17 21.11.2018

Müəllimlərə böyük hərflərdən istifadə qadağan edildi

İngiltərənin "Leeds Trinity" Universitetində müəllimlərə böyük hərflərdən istifadə etmək qadağan edilib.

Qaynarinfo Britaniya mediasına istinadən xəbər verir ki, müəllimlərə bu qadağa tapşırıqları yoxlayarkən qiymətləndirmə zamanı tətbiq edilib. Qərarın izahında bildirilir ki, böyük hərflərdən istifadə ittihamedici və ciddi məzmuna sahib olduğu üçün emosional tələbələrə pis təsir edə bilər. Tələbələrlə xoş tonda danışmaq, səhvlərini sakit formada çatdırmağın vacibliyi vurğulanıb. Həmçinin qeyd edilir ki, yanlışları böyük hərflərlə vurğulamaq tələbələrin öyrənmə prosesinə mənfi təsir göstərə bilər.

Mediada yayılan bu xəbər isə universitet tərəfindən təkzib edilib.

Gülşən