Xəbər lenti

Maqazin 14:48 14.05.2024

"Müğənnilər efirlərə nə gəldi geyinir, amma gücləri meyxanaçılara çatır"

"Bəzi müğənnilər heç efir geyimlərini bilmirlər. Qadın, kişi müğənniləri efirlərə nə gəldi geyinir. Bir kəlmə də irad bildirən yoxdur. Onların gücü ancaq meyxanaya, meyxanaçılara çatır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkə izləyicilərinin səsləndirdiyi "meyxana ifaçılarına efir qadağası qoyulmalıdır" kimi fikirlərə münasibət bildirərkən deyib. 

Meyxanaçı həmin insanların haqlı olmadığını dilə gətirib:

"Hamı düşüb meyxanaçıların üstünə, ünvanlarına nə gəldi deyirlər. Amma bu məsələdə heç haqlı deyillər. Açsınlar filmlərə baxsınlar, kilo-kilo narkotika satışı, dava, qətllər və s. bunları niyə görmürlər? Qız ərinə xəyanət edib, qaynı ilə qaçır, eşitmədiyimiz hadisə qalmayıb. Onda gərək sosial şəbəkə bağlansın. Bekarçılıqdan danışırlar, belə fikirlər əvvəllər də olub". 

Ağamirzə Məmmədov əlavə edib ki, heç kəs meyxanaçıları efirdən uzaqlaşdıra bilməz:

"Meyxana ifaçıları sizə nə edib, bir meyxanamız var, onların ifaçıları ilə də yola getmirlər. Biz kimlərinsə sənətinə mane oluruq?".

Meyxanaçı Samirə də bu məsələdə həmkarlarını müdafiə edib:

"Meyxanaçıların adları çıxıb. Əgər aralarında bir-iki nəfər düzgün olmayan varsa, ona görə bütövlükdə meyxana sənətini aşağılamaq olmaz. Belə hallar bütün sahələrdə olur. Meyxanaçıların adı çıxıb. Adi adamlar meyxanaçıları keçib. Meyxanaçıların çoxu namaz qılıb, oruc tutur. Onları təhqir edənlər qələt edir, başlarını da daşa döyürlər".

Qeyd edək ki, bir qrup insan meyxanaçılara efir qadağasının qoyulması təklifi ilə social şəbəkələrdə çıxış edib. İzləyicilər efirdə meyxana deməyi narkotikanı təbliğ etmək kimi dəyərləndiriblər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->