Dünya 12:25 17.08.2018

Müharibə qurbanlarının 75 faizi mülki şəxslərdir

BMT ötən il müharibə və qarşıdurmalarda 43 min nəfərin öldürüldüyünü açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "19 avqust Dünya Humanitar Yardım Günü" ilə əlaqədar verilən açıqlamada mülki vətəndaşları hədəf alan hücumların artdığı vurğulanır. 2017-ci ildə müharibə qurbanlarından 31 min 904 nəfər, yəni hər 4 şəxsdən 3-ü mülki vətəndaşdır. Humanitar yardım proqramlarında yer alan 139 nəfər dünyasını dəyişib, 102 nəfər yaralanıb, 72 nəfər isə qaçırılıb. 

BMT humanitar məsələlər üzrə baş katib Mark Loukok qarşıdurma bölgələrində mülki vətəndaşlara və onlara kömək edən şəxslərə qarşı vicdansızlığa son verilməsi üçün müraciət ünvanlayıb. 

Gülşən