Dünya 13:02 17.02.2019

Nauert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ola bilməyəcək

ABŞ Dövlət Departamentinin sözçüsü Hezə Nauert ölkəsinin BMT-dəki daimi nümayəndəsi olmaq üçün irəli sürdüyü namizədliyini geri çəkib.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nauert qərarı ailə məsələlərinə görə qəbul edib. Bildirilir ki, övladlarının dayəsinin ABŞ-da qanunsuz yaşayıb-işlədiyi ortaya çıxıb. Prezident Donald Tramp tezliklə yeni namizədin adını açıqlayacaq. 

Gülşən