Ölkə 20:10 18.01.2018

Nazirdən gözlənilməz qərar: iki müavinini işdən çıxartdı

Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, qurumda aparılan islahatlarla nazir müavinləri - İltimas MəmmədovElmir Vəlizadənin tutduqları vəzifələr ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.