Ölkə 12:33 22.02.2018

Nazir polkovniki nöqsanlarına görə işdən qovub

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.