Ölkə 14:09 16.11.2013

Nazirlikdən general Çingiz Məmmədovla bağlı AÇIQLAMA

General Çingiz Məmmədov müdafiə nazirinin müavini postundan çıxarılmayıb

General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra bəzi KİV-lər nazirir müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazdığı barədə xəbər yaydılar. 

Bir sıra saytlarda isə hətta Çingiz Məmmədovun işdən çıxarıldığı haqda xəbərlər dərc olundu. 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi dünən keçirilmiş tədbirlə Çingiz Məmmədovla bağlı məlumatları dolayısı yolla təkzib etdi. 

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində keçirilmiş dünənki general-leytenant Çingiz Məmmədov müdafiə nazirinin müavini qismində Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni mənzillərin sənədlərini təqdim edib.

Qaynar.info