Xəbər lenti

“Neftçi” “Qalatasaray”ın futbolçusunu alır? (AÇIQLAMA)
İdman 20:53 06.08.2023

“Neftçi” “Qalatasaray”ın futbolçusunu alır? (AÇIQLAMA)

"Neftçi"nın "Qalatasaray"dan futbolçu transfer etmək istədiyi deyilir.

Qaynarinfo xəbər verir ki, Bakı klubunun rumın Olimpiu Morutanı heyətinə qatmaq istədiyi iddia olunur.

Lakin "Neftçi"nin rumıniyalı baş məşqçisi Adrian Mutu xəbəri təkzib edərək bildirib ki, Morutan transfer siyahılarında deyil: "Bu haqda heç nə yoxdur".

Qeyd edək ki, "Qalatasaray" Morutanı 2021-ci ildə Rumıniyanın "Styaua" klubundan 4,2 milyon avroya transfer edib. Ötən mövüm icarə əsasında İtaliyanın "Piza" klubunda çıxış edən 24 yaşlı "10 nömrə" bu yay İstanbul təmsilçisinə dönüb. Rumın oyunçunu Türkiyənin "Çaykur Rizəspor" və İtaliyanın "Palermo" klublarının istədiyi deyilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->