Xəbər lenti

Ekonomiks 11:22 30.05.2015

Neftimiz kəskin bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti bahalaşıb. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən anspress-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 2,69 dollar yüksəlib. 

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,30 dollardır. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində də bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.62 dollar (4.54%) artaraq 60.30 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.98 dollar (4.76%) bahalaşaraq 65.56 dollar olub.

Qeyd edək ki, "LUKoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun fikrincə, ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->