Dünya 14:10 14.02.2018

Netanyahu barədə rüşvət iddiaları təsdiqləndi

İsrailin baş naziri Benyamin Netanyahu barədə aparılan 2 istintaq prosesinin yekunlaşdığı bildirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İsrail polisi 1000 və 2000 nömrəli mövzu adlandırılan proseslərin nəticəsində Netanyahunun rüşvətxorluq, korrupsiya, vəzifəsindən sui-istifadə hallarına dair sübutların əldə edildiyini bildirib. 

Baş nazirin adı biznesmenlər Arnon Milçan, Ceyms Parker, Arnon Moseslə qeyri-qanuni münasibətlərdə, rüşvətxorluqda, hədiyyə qəbul etməkdə və s. çəkilir.

Polisin açıqlamasından sonra danışan Netanyahu bu iddiaları yenidən rədd edib və vəzifəsi dövründə ona qarşı böhtanlar atıldığını deyərək sona qədər İsraildə liderlik etməyə davam edəcəyini vurğulayıb. 

Qərarın qüvvəyə minməsi isə İsrail liderini istefa ilə qarşı-qarşıya qoyacaq.

Hadisə ilə bağlı açıqlama verən ABŞ xarici işlər naziri Hezə Nauert bildirib ki, İsraillə yaxın münasibətləri var və bu, ölkənin daxili məsələsidir.

Gülşən