Xəbər lenti

Netanyahu İranın gizli nüvə sahəsinin olduğunu iddia etdi
Dünya 10:48 28.09.2018

Netanyahu İranın gizli nüvə sahəsinin olduğunu iddia etdi

İsrailin baş naziri Benyamin Netanyahu İran barədə nüvə anbarına sahib olduğunu iddia edib.

Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasında çıxış edən Netanyahu nüvə sahəsinin xalça təmizləmə zavodunda yerləşdiyini bildirib və əlində nümayiş etdirdiyi, peyk vasitəsilə çəkilən xəritənin gizli bölgəyə aid olduğunu sübut etməyə çalışıb. 

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə sazişinə əsasən İran nüvə fəaliyyətini məhdudlaşırıb və bu ölkəyə qarşı sanksiyalar ləğv edilib.

Netanyahu bu müqavilənin əleyhinə olub. ABŞ prezidenti Donald Tramp da bu ilin mayın ayın nüvə müqaviləsindən imtina edib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->