Dünya 13:13 23.02.2019

Nigeriyada seçki günü terror hücumları təşkil edilib

Prezident seçkiləri keçirilən Nigeriyada ardıcıl partlayışlar törədilib. 

Qaynarinfo xəbər verir ki, Maiduquri şəhəri "Boko Haram" terror qrupunun hücumuna məruz qalıb. Şəhərdə 7 partlayış baş verib. Yobe əyalətində yerləşən Qeydam qəsəbə sakinləri isə terrorçuların hücumundan sonra ərazini kütləvi şəkildə tərk etməyə başlayıb. 

Qeyd edək ki, Nigeriyada seçkilərin 16 fevralda təşkili planlaşdırılmış, təhlükəsizlik və təşkilati məsələlərə görə təxirə salınmışdı.

Gülşən