Xəbər lenti

Nikolay Patruşev Misirdə Əbdülfəttah Sisi ilə görüşdü
Dünya 17:07 27.09.2023

Nikolay Patruşev Misirdə Əbdülfəttah Sisi ilə görüşdü

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə ölkələr arasında təhlükəsizlik və iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik və iqtisadi sahədə Rusiya-Misir əməkdaşlığı məsələləri müzakirə edilib. Moskva və Qahirə arasında BRİKS çərçivəsində əməkdaşlığa diqqət yetirilib”, - məlumatda deyilir.

Sentyabrın 27-də Patruşev misirli tərəfdaşlarına Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqelərinə görə minnətdarlığını bildirib. Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiya Misirin və bir sıra digər Afrika ölkələrinin Ukrayna böhranının həllində vasitəçiliklə bağlı mövqeyini dəstəkləyir.

Bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibinin təhlükəsizlik danışıqları üçün Misirə getdiyi məlum olub. Bundan əvvəl Patruşev Omana səfər edib və burada müxtəlif səviyyələrdə keçirilən görüşlərdə Moskva və Maskat arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.

Sentyabrın 25-də Patruşev Maskata səfəri zamanı Omanın vəliəhdi Diyəzən bin Heysəm Əl Səidlə görüşüb. Təhlükəsizlik Şurası həmçinin görüşdə Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->