Dünya 15:45 11.08.2018

Norveç pulsuz heroin paylayacaq

Norveç höküməti heroin aludəçilərinə pulsuz narkotik paylamaq barədə qərar qəbul edib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Norveç Səhiyyə və Sosial İş Təşkilatının 2020-ci ildən start verəcəyi layihə 400 narkomana tibbi məqsədlərlə heroin verəcək. Proqramın məqsədi yüksək dozadan ölümlərin, cinayətkarlığın qarşısını almaqdır. 

Qeyd edək ki, yüksək doza narkotikdən ölüm hallarının sayına görə Norveç Avropada liderdir. 2015-ci ildə hər 1 milyon əhalidən 81-i bu səbəbdən dünyasını dəyişib.

Gülşən