İdman 16:58 27.03.2024

Novak Cokoviç məşqçisi ilə yolları ayırdı

Tennisdə dünyanın "1 nömrə"si və bütün zamanların ən uğurlu oyunçusu sayılan Novak Cokoviç məşqçisi ilə yolları ayırıb.

Qaynarinfo-nun məlumatına görə serbiyalı tennisçi 2024-cü ildə keçirilən Avstraliya açıq turnirindəki uğursuzluqdan sonra xorvatiyalı mütəxəssis Qoran İvanişeviçlə işləməməyə qərar verib. 

Cokoviç açıqlamasında, "Bu, çox pis performans idi, uduzmağa öyrəşməmişəm. Bir neçə gün əvvəl ayrılmağa qərar verdik. Eniş-yoxuşlarımız oldu, amma dostluğumuz yoxdur.  Əslində, mən fəxr edirəm, çünki turnirlərdə qalib olmaqla yanaşı, "Parcheesi" döyüşü də keçirmişik... Və bu dayanmayacaq. O anı yaxşı xatırlayıram. 2018-ci ildə ona zəng etdim və biz oyunumuzda yenilik etmək istədik. Əyləncə və xoşbəxtlik kimi başqa şeylər də gəldi. Həmçinin "1 nömrə", rekordlar və 12 möhtəşəm oyun (üstəlik bəzi finallar).  Və məcburammı? Dramı xatırlayırsınız?" - sözlərindən istifadə edib. 

İvanişeviç isə tennisçi ilə keçirdi günləri xatırlayıb və "Mən kiməm ki, ona əsəbiləşim? O, tennis tarixinin ən yaxşı oyunçusudur. Bəzən heç bir səbəb olmadan qışqıranda ona əsəbiləşə bilirəm. O, bir matçda udmaq üçün həmişə əlindən gələni edir və çalışır. Amma uduzanda onunla məşğul olmaq asan deyil" - ifadələrinə yer verib.

2018-ci ildən xorvatiyalı məşqçi ilə çalışan Cokoviç bu müddət ərzində 12 Böyük Dəbilqə turnirini qazanıb.
 
Səbuhi Həsənov